购买
下载掌阅APP,畅读海量书库
立即打开
畅读海量书库
扫码下载掌阅APP

ÖN SÖZ

Azərbaycan və Çin xalqları arasında əlaqələr tarixi İpək yolunun yaranması dövrünə təsadüf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında əlaqələr yeni mərhələyə qədəm qoymuşdur.

Müasir dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafında görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu olmuşdur. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də Çinlə əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır.

Azərbaycan-Çin münasibətlərinin davamlı inkişafını təmin edəcək amillər həm tarixi dostluq ənənələri, həm də dövlət başçılarının ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı siyasətidir. İki ölkə arasında münasibətlərin möhkəmlənməsi zərurətini nəzərə alaraq, çinli oxucular üçün bu tədris vəsaitləri dəstini hazırlamışıq. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədris vəsaitləri dəsti onun hikmətli kəlamları və çıxışları əsasında tərtib olunmuşdur. Kitabın məzmunu Ümummilli Liderin dəyərli fikirlərini və Çin xalqına olan dost münasibətini özündə əks etdirir. Ümid edirik ki, çinli oxucular bu kitab vasitəsilə təkcə Azərbaycan diliylə yox, həm də Azərbaycanın zəngin mədəniyyətiylə yaxından tanış olacaqlar. Kitabın Azərbaycan-Çin münasibətlərinin uzunmüddətli inkişafına öz töhfəsini verəcəyinə inanırıq.

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk günlərdən dəstəkləyən ölkələrdən biridir. Təşəbbüs Azərbaycan və Çin arasında həm iqtisadi-ticari, həm də mədəni, təhsil və elmi əlaqələrin inkişafına təkan vermişdir. Ümid edirik ki, bu tədris vəsaitləri dəsti “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçməsinə əməli töhfə verəcəkdir. Azərbaycan-Çin dostluq münasibətlərinin əbədi olmasını diləyirik!

Azərbaycan Turizm və Menecment Universiteti İranə Əliyeva

Pekin Xarici Dillər Universiteti Aqşin Əliyev 08/hKf/KGCEVXqZAMYegsIHWRQJrdkoi7+igK2NhY6MfVFbYyleyedk+fETNTnA+

点击中间区域
呼出菜单
上一章
目录
下一章
×